Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliklə görüşüb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Görüşdə qeyd olunub ki, sammitin əsas mövzusunun turizm olması ölkə rəhbərlərinin bu sahəyə verdiyi əhəmiyyətin göstəricisidir. Həmçinin iki ölkənin mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti, xüsusilə ölkələrimiz arasında əməkdaşlıq proqramının hazırlanması, YUNESKO-ya birgə faylların təqdim olunması, birgə turizm işçi komissiyasının yaradılması, cari ilin noyabr ayında Bakıda keçiriləcək Türkiyə mədəniyyət günləri və s. məsələlər ətraflı müzakirə olunub.
Ə. Qarayev Ö. Çeliki Türkiyənin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə komitəsinə seçilməsi münasibətilə təbrik edərək onu Bakıya səfərə dəvət edib.

Türkiyə ilə birgə turizm işçi komissiyası yaradılacaq
Oxşar yazılar

Çimərliklərdən uşaqlara virus yayılır? - Suçiçəyinə bənzəyir, lakin...
7 avqust 2025 , 14:07
Bred Pitt həyatında ən dəyərli insanla vidalaşır
7 avqust 2025 , 13:08
Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU
7 avqust 2025 , 12:53
“90 yaşım var, güclə beş addım atıram...” - Artur Rasi-zadə DANIŞDI
7 avqust 2025 , 12:21
Qızıl, ağaclar və tarakan: yuxuda sürətli sərvət vəd edən 7 ilahi əlamət
7 avqust 2025 , 11:04
“Sovetski”də növbəti söküntü başladı
7 avqust 2025 , 10:54
Bakıda 40 dərəcə isti oldu - GÜNÜN HAVASI
7 avqust 2025 , 09:27