Xarici ölkələrin alimləri Bakıya toplaşır
20 aprel 2013 12:06 (UTC +04:00)

Xarici ölkələrin alimləri Bakıya toplaşır

0

Sabahdan etibarən ölkəmizdə “Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması” mövzusunda Beynəlxalq konfrans keçiriləcək. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib. Konfrans aprelin 23-dək davam edəcək.

 

AMEA Botanika İnstitutunun Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibi olmuş layihəsi üzrə “Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayacaq.

Konfransda Azərbaycan alimləri ilə yanaşı ABŞ, Almaniya, İngiltərə, Yeni Zelandiya, Finlandiya, Hindistan, Türkiyə, Gürcüstan, İsveçrə, Macarıstan, İtaliya və Rusiyadan 30-dan çox tanınmış alim məruzələrlə iştirak edəcəklər.

 

Tədbirdə “Ətraf mühitin dəyişməsi və bitki mühafizəsi üzrə çirklənmiş ərazilərdə yayılan bitkilərin monitorinqi və qiymətləndirilməsi”, “Ətraf mühitin stress şəraitində real vəziyyətin qiymətləndirilməsi”, “Təhlükə altında olan endem/relikt növlərin qorunması strategiyasının elmi əsaslarının araşdırılması”, “Çirklənmiş ərazilərin remediasiyası üçün bioloji yanaşmaların işlənib hazırlanması” və digər mövzular müzakirə ediləcək.

 

Qeyd edək ki, konfrans Azərbaycanda zəngin biomüxtəlifliyin qorunması üçün böyük əhəmiyyət kəsb edir və ilk dəfə olaraq iki müxtəlif istiqamət – ətraf mühitin dəyişməsi və bitki mühafizəsi - birlikdə geniş aspektlərlə müzakirəyə çıxarılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 824

Oxşar yazılar