Xırdalanda yol bağlanacaq: marşrutlarda dəyişiklik olacaq?
01 avqust 2019 12:00 (UTC +04:00)

Xırdalanda yol bağlanacaq: marşrutlarda dəyişiklik olacaq?

Xırdalan şəhərinin Heydər Əliyev prospektində aparılacaq təmir-tikinti işləri ilə əlaqədar bu gündən prospektdə hərəkət birtərəfli olmaqla məhdudlaşdırılıb.

Bu barədə Lent.az-a məlumat verən Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki,  517, 592, 596 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edilməyəcək:

"Ancaq pik saatlarda sıxlıq olarsa, nəqliyyat vasitələri Mehdi Hüseynzadə küçəsi ilə hərəkət edərək Xırdalan dairəsinə daxil ola biləcəklər.

Müvəqqəti məhdudlaşdırılma bir neçə gün davam edə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar