Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək.
Gecə və axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə , gündüz 11-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-15 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq. Dağlıq 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Departamenti tibbi-metroloji proqnozu da açıqlayıb. Aprelin 23-dən 25-dək Abşeron yarımadasında tutqun və rütubətli havanın üstünlük təşkil edəcəyi gözlənilir. Digər metroloji amillərin iqlim normasına yaxın olması metohəssas insanlar üçün əsasən əlverişlidir.