Yaponiya hökuməti Hacıqabulda tibb məntəqəsi tikdirib
02 fevral 2013 11:38 (UTC +04:00)

Yaponiya hökuməti Hacıqabulda tibb məntəqəsi tikdirib

0

Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycan Uşaqlar Birliyinin həyata keçirdiyi “Hacıqabulun Abdulabad kəndində tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirib.

 

Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Şusuke Vatanabe, Hacıqbul rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov, Azərbaycan Uşaqlar Birliyinin (AUB) rəhbərliyi, eləcə də, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ə.Muxtarov görülən işlərin regionların sosial inkişafına müsbət təsirindən danışıb.

 

Ş.Vatanabe indiyə kimi Yaponiya səfirliyi xətti ilə Azərbaycanda həyata keçirilən layihələr haqqında qısa məlumat verib və qeyd edib ki, bu layihə Hacıqabulda Yaponiya səfirliyi tərəfindən maliyyələşən ikinci işdir. Hazırkı layihə də daxil olmaqla hal-hazıra kimi Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Hacıqabulda iki layihə həyata keçirib. Buna qədər 2007-ci ildə Hacıqabul rayonu Kürsülü kəndində məktəb binasının tikintisinə 85,462 ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.

 

Mərasimində çıxış edən AUB nümayəndəsi və layihənin koordinatoru reallaşdırılan layihə haqqında məlumat verib, bu layihənin həyata keçilməsində əməyi keçən hər bir kəsə, o cümlədən Yaponiya xalqına və Yaponiya hökumətinə AUB rəhbərliyi adından minnətdarlığını bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 751

Oxşar yazılar