Yeni il ərəfəsində Bakı-Tbilisi istiqamətində turist qatarı xəttə buraxılacaq
26 dekabr 2012 12:48 (UTC +04:00)

Yeni il ərəfəsində Bakı-Tbilisi istiqamətində turist qatarı xəttə buraxılacaq

0

Sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulacaq

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni illə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. 

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, yeni il ərəfəsində sərnişin sıxlığını nəzərə alıb  752/751 saylı Bakı-Tbilisi-Bakı turist qatarı təyin ediləcək.

 

Qatar 28 dekabr saat 19.30-da Bakıdan yola düşəcək, 29 dekabr saat 10.15 Tbilisiyə çatacaq. Qatar 2 yanvar 2013-cü ildə saat 21.10-da Tbilisidən yola düşəcək, 3 yanvar 2013-cü ildə 12.30-da Bakıya çatacaq. Sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin daşımaları Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1491

Oxşar yazılar