Nazirlər Kabineti “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzi yaradılması barədə qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə Peşə Tədris Mərkəzinin fəaliyyətinin təmin edilməsinə dair tədbirlər planını 15 gün müddətində hazırlayıb təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.