Zabratda əhaliyə veriləcək qaz istixanalara ötürülür
26 oktyabr 2014 18:28 (UTC +04:00)

Zabratda əhaliyə veriləcək qaz istixanalara ötürülür

0

Bakıda erkən qış bir sıra problemlərə səbəb olub.

 

“Qafqazinfo” xəbər verir ki, bu problemlərdən biri isə qazın verilməsində məhdudiyyətlərin qoyulması və tamamilə kəsilməsidir.

 

Qaz problemi yaşayan ərazilərdən biri Sabunçu rayonu, Zabrat qəsəbə sakinləridir. 

 

Sakinlərin sözlərinə görə, qaz qəsəbənin yarısında kəsilib. Qəsəbə sakinləri problemlə bağlı bir neçə gün bundan əvvəl aidiyyatı qurumlara şikayət ünvanlayıblar. Qurumdan sakinlərə verilən məlumatda isə bildirilmişdi ki, problem qış fəslinə keçidlə əlaqədardır, problem aradan qaldırılacaq və qış qazı veriləcək.

 

Şikayətçilərin sözlərinə görə, problem aradan qaldırılmayıb, Sabunçu rayonunun Zabrat qəsəbəsində ötən gündən etibarən qazın verilməsi dayandırılıb.

 

Eyni zamanda qəsəbə sakinləri bildirir ki, problem qaz idarəsinin məsul şəxsləri tərəfindən yaradılır. Əhaliyə veriləcək qaz kəsilərək istixanalara  ötürülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1283

Oxşar yazılar