Xırdalanda sakinlərə pulsuz hüquqi yardım göstərilib -  VİDEO
12 noyabr 2025 12:19 (UTC +04:00)

Xırdalanda sakinlərə pulsuz hüquqi yardım göstərilib - VİDEO

0

Xırdalanda insanlara pulsuz hüquqi yardım edilib.

Lent.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

Qeyd olunub ki, 4 noyabr tarixində Xırdalan şəhərində yerləşən YAP Abşeron rayon təşkilatında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlərinin iştirakı ilə ödənişsiz hüquqi yardım təşkil edildi.

Qeyd edilməlidir ki, ödənişsiz hüquqi yardım Azərbaycan Respublikasının Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın təşəbbüsü ilə və “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq baş tutdu.

 

Görüşdə həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin Sosial qanunvericilik şöbəsinin Humanitar məsələlər üzrə qanunvericilik sektorunun müdiri Şahin Quliyev və Abşeron Rayonu İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Qubatov iştirak etdilər.

Görüş zamanı sakinlərin fərdi müraciətləri və qaldırdıqları məsələlər qanunvericilik çərçivəsində baxılması məqsədilə qeydə alındı, habelə hüquqi yardım üçün müraciət edən vətəndaşlara Vəkillər Kollegiyasının üzvləri tərəfindən müvafiq tövsiyələr verildi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar