Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq
17 iyun 2023 12:56 (UTC +04:00)

Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

0

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq. 

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının düşmə istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur. 

Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 11 saniyə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4740

Oxşar yazılar