Yayda  şaxtalı hava   XƏBƏRDARLIĞI
13 iyun 2023 13:54 (UTC +04:00)

Yayda şaxtalı hava XƏBƏRDARLIĞI

0

Yaxın gecələrdə Rusiyanın 11 regionunda şaxtalar gözlənilir. 

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, bu proqnozu Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand təqdim edib.

Onun sözlərinə görə, Tomsk, Novosibirsk, Kemerovo, Çelyabinsk, Sverdlovsk, Kurqan, Tümen, İrkutsk vilayətlərində, həmçinin Tatarıstan, Başqırdıstan və Perm diyarında temperaturun kəskin enməsi gözlənilir. Bu bölgələrdə termometrlər sıfırın altına düşəcək, -2 ... -5 dərəcə olacaq.

Qeyd edək ki, son iki həftədə adıçəkilən rayonlarda 35 dərəcə isti müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 49201

Oxşar yazılar