Zibil və siçanlar   arasında yaşayan pensiyaçı
01 iyun 2023 00:47 (UTC +04:00)

Zibil və siçanlar arasında yaşayan pensiyaçı

Könüllülər çətin vəziyyətə düşən və çox dağınıq bir mənzildə yaşayan Hayfa ətrafındakı Kiryat-Şmuelya dakı tənha 69 yaşlı təqaüdçüyə kömək ediblər.
 
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yaşlı insanın evini təmir etmək və mebel almaq üçün ianələr toplanır.
 
Kişinin mənzilindəki dəhşətli vəziyyəti fəal və ehtiyacı olanlara kömək edən ictimai təşkilatın rəhbəri Maor Korkus təsadüfən aşkar edib. Ona normal yemək ala bilmədiyi üçün təqaüdçüyə yemək gətirilməsi xahişi ilə müraciət ediblər.


 
"Ona ilk dəfə yemək gətirəndə məni qarşılamağa bayıra çıxdı. Mənə qəribə göründü, çünki məhsulları birbaşa onun mənzilinə gətirməyi təklif etdim. Növbəti dəfə əvvəlcə pilləkənlərlə qalxdım, sonra ona zəng etdim. Kişi mənzilin qapısını açıb, yeməyi götürdü və dərhal yenidən qapını bağladı. Amma mən onun arxasındakı otağın zibillə dolu olduğunu və kəskin üfunət iyi hiss etdim”, - Maor deyib.
 
Korkus tənha təqaüdçünün hansı dəhşətli şəraitdə yaşadığını anladığını və yardım təşkil etmək qərarına gəldiyini də bildirib.


 
"Biz öyrənə bildik ki, kişi tənhadır, ailəsi və uşaqları yoxdur. O, uzun illərdir ki, tək bacısı ilə münasibət saxlamır. Çətin vəziyyətdə yaşayır", - fəal bildirib.
 
Onun sözlərinə görə, təqaüdçü kömək təklifini dərhal qəbul etməyib, çox utanıb. Amma Korkus mənzilini qaydasına salacağına söz verib.
 
“Mənzilin hər yeri zibildir, bir çox yerdə zibilin hündürlüyü bir metr yarıma çatıb.Dəhşətli üfunət iyi var idi, kranlardan su gəlmirdi”, - Korkus əlavə edib.
 
O, Bney - Akiva gənclər hərəkatının şagirdləri arasından 40-a yaxın könüllü təşkil etməyi bacarıb. Onlar qoruyucu kombinezon, maskalar və əlcəklər alıb, zibili və digər lazımsız əşyaları çıxarmağa başlayıblar.


 
Könüllülər kişinin mənzilindən külli miqdarda zibil - üç konteyner çıxara biliblər.
 
Bundan sonra ictimai fəallar binalarda təmir işləri aparmaq və mənzil sahibini lazımi məişət əşyaları ilə təmin etmək niyyətindədirlər. Lakin onların təmirçi tutmağa, mebel və digər əşyaların alınmasını həyata keçirməyə vəsaitləri yoxdur.
 
 

# 2022
avatar

Oxşar yazılar