34 gəmi, 40 fil, 25 min döyüşçü -  Tarixin ən saxta dəniz döyüşü
23 may 2025 20:15 (UTC +04:00)

34 gəmi, 40 fil, 25 min döyüşçü - Tarixin ən saxta dəniz döyüşü

Keçmiş zamanlarda hökmdarlar əyanları və sadə xalq üçün əyləncə xarakterli fərqli mərasimlər təşkil edirdi. Böyük maddiyyat tələb edən belə mərasimlərdən biri Qədim Romada navmaxiya və ya saxta dəniz döyüşü adlanırdı.

Lent.az tarixdə ən təmtəraqlı saxta dəniz döyüşü barədə yazını təqdim edir.

Arenada ilk naxmaxiya və ya saxta dəniz döyüşü e.ə. 46-cı ildə Qay Yuli Sezar tərəfindən zəfəri münasibətilə səhnələşdirilmişdi. O həmin zaman bir anda 4 qələbə qeyd edirdi: Fransada qallar, Şimali Afrikadakı Numidiya krallığının hakimi Yuba, Bosfor kralı Farnak, həmçinin Misirdəki vətəndaş müharibəsi zamanı XIII Ptolemey üzərində. Buna görə də zəfər mərasimi son dərəcə israflı oldu. Böyük məbləğdə pul (Appiana görə 65.000 talant) birbaşa Roma küçələri ilə aparıldı və sonra Sezarın legionerlərinə paylandı.

Sezar Roma xalqını da sevindirdi: plebeylər üçün möhtəşəm tamaşalar təşkil edildi. Musiqili çıxışlardan sonra at yarışları, bir neçə min piyada və atlı qladiatorun iştirak etdiyi quru döyüşləri, 34 gəmi, 40 fil, 4000 avarçəkənin və 25 min döyüşçünün iştirak etdiyi dəniz döyüşləri (navmaxiya) izlənildi. Saxta su döyüşləri üçün Tibr çayının  mənsəbində böyük su anbarı yaradılmışdı.

Qladiator və dəniz döyüşlərini görmək istəyənlər dövlətin hər yerindən axışırdılar. Gələnlərin bir qismi çadırlarda gecələyirdi. Tamaşalar başlayanda insanlar amfiteatrların girişində sıxışaraq, izdiham yaradırdılar. Və o günlərdə insan böyük sıxlığıa və tələfata yol açırdı. Sıxlıqda ölənlər arasında iki senator da var idi.

Mərasimdən sonra məbədin tikintisi üçün qazılmış hovuz torpaqla örtüldü, yerində məbəd tikintisinə başlanıldı. Lakin sonralar, e.ə. 2-ci ildə Oktavian Avqust navmaxiya üçün yeni bir arenanın yaradılmasını əmr etdi. Çayın yaxınlığında, Tibr adasının yaxınlığında hazırlanan arenanın sahəsi 540 x 360 metr idi. Və saxta su döyüşü zamanı həmin su sahəsində avarçəkənləri saymasaq, göyərtəsində 3000 döyüşçünün olduğu 30-a qədər gəmi toqquşub. Onların hamısı tamaşaçıya e.ə 480-ci ildə Salamin dəniz döyüşünün imitasiyasını yaratdı.

Maraqlıdır ki, döyüşlərin mərhələli olmasına baxmayaraq, navmaxiya iştirakçıları bir-birlərini daha ciddi döyüşürdülər. Dəbdəbəli nauxamiya döyüşlərinin  son mərhələsi eramızın III əsrində baş tutdu. Eramızın 248-ci ilində İmperator Filippinin Romanın yaranmasının 1000 illiyi şərəfinə avarçəkən gəmilərlə sonuncu böyük nümayiş təşkil etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar