ABŞ noyabrda Aya raket göndərməyi planlaşdırır
01 oktyabr 2022 04:13 (UTC +04:00)

ABŞ noyabrda Aya raket göndərməyi planlaşdırır

ABŞ Aerokosmik Agentliyi NASA noyabrda Aya raket göndərməyi planlaşdırır.

Lent.az-ın “Bild” nəşrinə istinadla xəbərinə görə, meqaraketin yerin təbii peykinə göndərilməsi 12-27 noyabr tarixləri arasında baş tuta bilər. Dəqiq buraxılış vaxtı müəyyən edilməyib.

Qeyd edək ki, agenlik SLS raketinin buraxılışını 4 dəfə təxirə salıb.

Sonuncu buraxılış sentyabrın 27-nə nəzərdə tutulda da, ayın 25-də raket sökülərək Kaliforniyadakı kosmodromdan anqara qaytarılıb. Buna səbəb Yan tropik qasırğasının yaxınlaşması olub.  
 

# 2247
avatar

Oxşar yazılar