Bir çox ölkədə yeni “iPhone”lar BAHALAŞDI
10 sentyabr 2022 19:42 (UTC +04:00)

Bir çox ölkədə yeni “iPhone”lar BAHALAŞDI

İngiltərə, Avstraliya və digər bir neçə ölkədə yeni “iPhone” qiymətləri artıb. 

Lent.az xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb. 

Məlumata görə, “Apple” smartfonlarının gözlənildiyindən baha olduğu müşahidə olunub. Ancaq Amerikada “iPhone 14” modeli “iPhone 13” cihazları ilə eyni qiymətə satışa çıxarılıb. Analitiklər bunu dolların digər dünya valyutaları qarşısında yüksəlişi ilə əlaqələndirirlər. 

Belə ki, Böyük Britaniyada “iPhone 14”ün qiyməti 849 funt-sterlinqdir (təxminən 1.675 manat). Əvvəlki “Apple” smartfonu isə 779 funt-sterlinq(1.536 manat) dəyərində satışa çıxarılmışdı. İrlandiyada isə yeni “iPhone” seriyası 909 avrodan (təxminən 1.557 manat) 1019 avroya(1.745 manat), Pro modeli isə 1339 avroya (2.294 manat) qədər bahalaşıb. 

Oxşar vəziyyət Avstraliya, Fransa, Yaponiya və digər ölkələrdə də müşahidə olunur.

Eyni zamanda, Çində də ABŞ-da olduğu kimi, qiymətlər dəyişməyib. “Apple” şirkəti qiymət siyasətində Çin bazarını çox önəmli hesab edir.
 

# 4020
avatar

Sevinc Fərid

Oxşar yazılar