Dizaynının sirr kimi saxlandığı “Xiaomi” avtomobilinin QİYMƏTİ
25 yanvar 2023 10:09 (UTC +04:00)

Dizaynının sirr kimi saxlandığı “Xiaomi” avtomobilinin QİYMƏTİ

Çin şirkəti olan “Xiaomi” ilk elektromobilini satışa çıxaracağını bildirmişdi.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, şirkət elektromobilin dizaynını sirr kimi saxlayıb.

Hətta sınaq zamanı avtomobilin üzəri sellofan ilə örtülüb. Amma Modena adlı bu avtomobilin bir neçə xüsusiyyəti ortaya çıxıb.

Məlumata görə, maşın idman tərzindədir. Onun qabaq hissəsinin ortasında hava qəbulu və daxili sistemlərə ötürülməsi üçün olan qəfəs formalı konstruksiya var.

Həmçinin avtomobil müasir texnologiya ilə təchiz olunmuş havalandırma sisteminə malikdir.

Qeyd edək ki, Modenanın gələn il satışa çıxarılacağı gözlənilir. Qiyməti isə 40 min dollardan çox olmayacaq.  

# 4014
avatar

Sevinc Fərid

Oxşar yazılar