Elektrik enerjisi kosmosdan Yerə ötürüləcək
30 may 2023 12:59 (UTC +04:00)

Elektrik enerjisi kosmosdan Yerə ötürüləcək

Artıq bəzi ölkələr elektrik enerjisinin kosmosdan Yer kürəsindəki istehlakçılara ötürülməsi üzrə müxtəlif layihələr üzərində çalışırlar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu cür ölkələr arasında ABŞ, Çin və Rusiya var. Yaxın müddətdə isə onlara Avropa Birliyi də qoşulacaq. Yaponiya öz növbəsində uzun məsafəyə elektrik enerjisnin ötürülməsi texnologiyalarının nə dərəcədə effektiv şəkildə çalışdıqlarını yoxlamaq üçün 2025-ci ildə müvafiq testlər aparmağı planlaşdırır. Reallaşdırılacaq testlər çərçivəsində mütəxəssislər elektrik enerjisini kosmosdakı peyklərdən Yer kürəsi səthindəki qəbuledici stansiyalara ötürməyə çalışacaqlar.

 Yaponiyada daha öncə bu sahədə tədqiqatları alimlər Kioto Universitetinin keçmiş prezidenti Hiroshi Matsumoto-nun rəhbərlliyi altında aparırdılar. Hiroshi Matsumoto 1980-ci illərdə dünyada ilk dəfə enerjini mikrodalğalar vasitəsilə fəzaya ötürmüşdü. 2009-cu ildə isə Kioto Universitetinin alimləri 30 metr hündürlükdə yerləşmiş hava gəmisindən enerjini mikrodalğalar vasitəsilə mobil telefona ötürə  bilmişdilər.

Mühəndislər fiber optik üzərindən məlumatların saniyədə 319 Tbit sürətlə ötürülməsinə nail olublar    
Bənzər xəbər
Mühəndislər fiber optik üzərindən məlumatların saniyədə 319 Tbit sürətlə ötürülməsinə nail olublar

Yaponiya İqtisad, Ticarət və Sənaye Nazirliyinin rəhbərliyi altında həmin ildə sözügedən mövzunu əhatə edən layihəyə start verilmişdi. Layihədə dövlət, sənaye şirkətləri və təhsil müəssisələri iştirak edirlər. 2015-ci ildə yapon alimlər təcrübələr zamanı uğurla mikrodalğa enerjisinin 50 metr məsafəyə üfüqi istiqamətdə, 2018-ci ildə isə 50 metr məsafəyə şaquli istiqamətdə ötürülməsinə nail olmuşdular. Məlumata əsasən gələcəkdə enerjinin 1 km-dən 5 km-ə qədər məsafəyə şaquli istiqamətdə ötürülməsi cəhdləri reallaşdırılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2403
avatar

Oxşar yazılar