Səyahət üçün unikal təyyarələr:  Özəlliyi nədir?  - VİDEO
18 may 2022 15:29 (UTC +04:00)

Səyahət üçün unikal təyyarələr: Özəlliyi nədir? - VİDEO

Norveçdə ölkə daxilində tez və ucuz səyahət edə bilmək üçün elektrik hidrotəyyarələri istehsal oluna bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Elfly layihəsinin saytında məlumat verilib.

Beləliklə, Norveçdə hava limanları və uçuş-enmə zolaqlarının tikintisinin mürəkkəb prosesi ilə bağlı problemi həll etmək istəyirlər, çünki ölkə əsasən yüksəklikləri olmayan açıq ərazilərdə yerləşir.

Hidrotəyyaələr kənd yerlərində yerləşən Norveç hava limanlarının yüklənməsinin qarşısını almağa kömək edəcək, onları şəhərin mərkəzində avadanlıqların yerləşəcəyi dəniz terminalları ilə əvəz edəcək.

Qeyd olunur ki, yerli sakinlər üçün belə qonşuluqdan heç bir narahatlıq olmayacaq - təyyarələr tullantı buraxmadan işləyir, elektrik mühərrikləri isə demək olar ki, səssizdir.

Doqquz nəfərlik “Byfly” hidrotəyyarəsi daha çox uçan qayığa bənzəyir, belə ki, gövdənin köməyi ilə su üzərində üzür, uçuş və eniş zamanı maşını sabitləşdirmək üçün qanadlarda kiçik pontonlar lazımdır.

Təyyarələrdə pontonlara əlavə olaraq, zəruri hallarda magistral yola enməsinə imkan verən təkərlər də var.

Belə hidrotəyyarələrin yaxın 8 ildə Norveçdə peyda olacağı gözlənilir: 2030-cu ilə qədər 15-20 təyyarənin kommersiya istifadəsinə verilməsi planlaşdırılır.

 

Səyahət üçün unikal təyyarələr

# 2313
avatar

Oxşar yazılar