Telefonu dolduranda etdiyimiz  3 SƏHV
31 yanvar 2023 13:17 (UTC +04:00)

Telefonu dolduranda etdiyimiz 3 SƏHV

Smartfon sahibləri çox vaxt onların şarjının tez boşalmasından şikayətçidirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzən telefonların batareyasını doldurarkən müəyyən səhvlər edirik və bu da cihazın tez sıradan çıxmasına gətirib çıxarır.

Bu səhvlər hansılardır?

Bəziləri cihazların istənilən temperatur şəraitində, istər isti, istərsə də soyuqda doldura biləcəyini düşünür. Ancaq təəssüf ki, bu səhv fikirdir. Telefonu nə soyuq, nə də isti yerlərdə saxlamaq olmaz. Əks halda, cihazın batareyası həddindən artıq tez yüklənəcək və bu da sürətli doldurulma yox, məhz onun məhvinə gətirib çıxaracaq. Buna görə isti və soyuq havalarda çalışın smartfonlarınızı cibinizdə saxlayasınız.

Bir çox istifadəçi cihazın şarjının sıfıra boşaldılmasına icazə verir. Bu isə səhv addımdır.

Mütəxəssislər, qadcetin təxminən 15 faizdən aşağı düşməməsini məsləhət görürlər. Yəni, enerji 20 faizə yaxınlaşırsa, artıq onu şarj etmək lazımdır. Qeyd edək ki, çox vaxt telefonlar özləri lazımı səviyyəyə çatdıqda xəbərdarlıq edirlər.

Bunlarla yanaşı, smartfonları maksimum şarj səviyyəsinə, yəni 100 faizə qədər çatdırmaq da tövsiyə edilmir. 80 faizə qədər doldurulma daha məqsədəuyğundur.

Bəzi insanlar smartfonu şarj edərkən belə ondan istifadə edirlər. Bu da batareyanın tez sıradan çıxmasına şərait yaradan amillər arasındadır.

Doldurma zamanı videolara baxmaq, mobil oyunlar oynamaq və ya sosial şəbəkələrdən istifadə məsləhət deyil.

# 4173
avatar

Sevinc Fərid

Oxşar yazılar