Telefonunuzu məhv edən 4 VƏRDİŞ
26 yanvar 2023 10:25 (UTC +04:00)

Telefonunuzu məhv edən 4 VƏRDİŞ

Bir çox telefon sahibləri cihazları düzgün işlətmir. Bu da smartfonun tez sıradan çıxmasına gətirib çıxarır.

Lent.az telefonları məhv edən 4 vərdişi təqdim edir:

Tez-tez doldurulması

Telefonun şarjı 50 faizdən çoxdursa, smartfonunuzu doldurmayın. Təbii ki, enerjinin tam boşaldılması, yəni sıfırlanması da düzgün deyil. Bu da cihaza zərər verən vərdişlər arasındadır.

Yaddaş

Bir çox smartfon sahibləri cihazın yaddaşını təmizləməyi unudur. Ancaq telefonun uzunmüddətli olması üçün yaddaşa nəzarət əsas götürülməlidir. Yox, əgər buna fikir verilməsə, telefon tez-tez donmağa başlayacaq.

Telefonların avtomobildə saxlanılması

Soyuq qış aylarında və ya isti yay günlərində telefonunuzu heç vaxt avtomobildə qoymayın. Bu cihazın batareyasının yararsız hala düşməsinə gətirib çıxaracaq.

Telefon qabı

Çoxları telefon qabını istifadə etməkdən imtina edirlər. İnsanlar bunun çox da rahat olmadığını düşünürlər. Amma hər hansı hadisə zamanı, məsələn, yıxıldıqda, ya da telefon əldən düşdükdə qablar smartfonları zədələnməkdən qoruyur. Onları təmirə aparmaqdansa, “kabro”lardan istifadə edin.

# 3153
avatar

Sevinc Fərid

Oxşar yazılar