Telefonunuzun ekranını yuxarı vəziyyətdə  qoymayın -  SƏBƏB
04 oktyabr 2022 09:24 (UTC +04:00)

Telefonunuzun ekranını yuxarı vəziyyətdə qoymayın - SƏBƏB

Bir çox insan telefonların ekranı yuxarı vəziyyətdə qoyur. Bununla da ekranın cızılmayacağını və ya qaranlıqda asan tapacaqlarını düşünürlər. Amma bu fikir yanlışdır. Belə ki, smartfonların ekranı yuxarı vəziyyətdə olduqda daha tez sıradan çıxır. 

Lent.az xarici KİV-ə istinadən telefonlarınızı bu cür qoymağın zərərli olmasının 3 əsas səbəbini sizə təqdim edir: 

 Batereyaya qənaət

Müasir smartfonlarda mesaj və zənglər gələn zaman ekran avtomatik açılır. Mütəxəssislər bildirir ki, bu zaman şarjın dörddə birinə qədəri itirilir. Amma ekran üzü üstə olduqda bu zaman enerji itkisi daha az olur. 

Ekranın qırılması 

Çox vaxt özünüzdən asılı olmayaraq smartfonunuzun üzərinə nə isə düşür. Bu da ekranın qırılmasına və ya cızılmasına gətirib çıxarır. Bu zaman qoruyucu şüşə olmadıqda məcbur ekran dəyişilməli olur. Buna görə də bacardığınız qədər ekranı üzü üstə qoyun. 

Təhlükəsizlik 

Telefonun ekranını yuxarı vəziyyətdə saxlamaq təhlükəsizlik baxımından da zərərlidir. Belə ki, kənar şəxslər sizə kimin zəng etdiyini, mesaj yazdığını asanlıqla görə bilər. Hətta bu halda bank hesabından gələn SMS-ləri də götürmək mümkündür. Bunun üçün çalışın tanımadığınız insanların yanında telefonunuzu bu vəziyyətdə qoymayın. 

# 4458
avatar

Sevinc Fərid

Oxşar yazılar