"Tiktok" rəsmiləri  Azərbaycanda: Açılacaqmı?
06 oktyabr 2022 12:17 (UTC +04:00)

"Tiktok" rəsmiləri Azərbaycanda: Açılacaqmı?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “TikTok” rəsmiləri ilə görüş keçirib. 

Lent.az xəbər verir ki, bu barədə Osman Gündüz şəxsi “Facebook” hesabında paylaşım edib: 

“ “TikTok”un Şərqi Avropada  dövlət qurumları və korporativ məsələlər üzrə məsul nümayəndələri Aleksandr Strax  və Sergey Sokolov ilə görüşdüm. Görüşdə Azərbaycanda "TikTok"-un rəsmi olaraq müvəqqəti bloklanması və bu platformanın milli informasiya mühitimizdə yeri haqqında qurumun rəsmilərini məlumatlandırdım. Belə anladım ki, onların ölkəmizə səfəri  "TikTok"-un  bloklanmasından öncə planlanıb”.

Görüşün “TikTok” rəsmilərinin təşəbbüsü ilə həyata keçirildiyini bildirən Osman Gündüz onların bir neçə dövlət qurumları ilə bu sosial platformanın  ölkəmizdə gələcək  fəaliyyəti ilə bağlı  məsləhətləşmələr də aparıldığını qeyd edib. 

Onun sözlərinə görə, görüşdə “TikTok”un ölkəmizdə gələcək fəaliyyəti bu sosial platformada zərərli və qanuna zidd  kontentin yayılmasının qarşısının alınması və azərbaycandilli faydalı kontentin yaradılması imkanları, xüsusilə gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılması imkanları, valideynlərin rəqəmsal savadlılığının artırılması və s. istiqamətdə fikir mübadiləsi aparılıb.

Həmçinin, Osman Gündüz uşaqların və yeniyetmələrin “TikTok”da təhlükəsizliyinin qorunması yolları ətrafında da müzakirələr aparıldığını vurğulayıb.  
 

# 4833
avatar

Sevinc Fərid

Oxşar yazılar

“iPhone” Çində yığılmayacaq?

“iPhone” Çində yığılmayacaq?

4 dekabr 2022 , 08:18
Türkiyə hərb sənayesi daha bir sistemi sınaqdan çıxardı -VİDEO

Türkiyə hərb sənayesi daha bir sistemi sınaqdan çıxardı -VİDEO

3 dekabr 2022 , 21:24
Telefonunuz suya düşübsə, BUNLARI EDİN

Telefonunuz suya düşübsə, BUNLARI EDİN

3 dekabr 2022 , 19:16
Qardan  elektrik enerjisi   alınacaq

Qardan elektrik enerjisi alınacaq

3 dekabr 2022 , 15:37
Telefonun  orqanizm və xarici görünüş üçün TƏHLÜKƏLƏRİ

Telefonun orqanizm və xarici görünüş üçün TƏHLÜKƏLƏRİ

2 dekabr 2022 , 15:36
Telefonlar keçmişdə qalacaq: YENİ CİHAZ

Telefonlar keçmişdə qalacaq: YENİ CİHAZ

2 dekabr 2022 , 13:38
Dünyanın ən yüngül noutbuku  - 880 qram...

Dünyanın ən yüngül noutbuku - 880 qram...

2 dekabr 2022 , 10:29
Telefonlarımızın ömrünü qısaldan  SƏBƏBLƏR

Telefonlarımızın ömrünü qısaldan SƏBƏBLƏR

1 dekabr 2022 , 18:47