“Youtube”da  yeni funksiya:  Buna icazə verilməyəcək
22 sentyabr 2022 09:57 (UTC +04:00)

“Youtube”da yeni funksiya: Buna icazə verilməyəcək

Dünyanın ən çox istifadə edilən sosial şəbəkələrindən biri olan “Youtube” yeni “Creator Music” adlı proqramını təqdim edib.

Lent.az xəbər verir ki, sözügedən yenilik kontent müəlliflərinə şəxsi videolarını monetizasiyası etmək imkanı verir.

Ancaq bu zaman yalnız lisenziya olunmuş mahnılardan istifadə etmək mümkün olacaq.

Belə ki, “Creator Music”dən istifadə 2 halda həyata keçəcək.

Birinci halda kontent müəllifləri mahnıları birbaşa lisenziyalaşdıracaq və gəlirin tamamını özlərinə götürəcək. Təbii ki, “Youtube”un 45%-lik komissiyası istisna olmaqla..

İkinci halda isə istifadəçilər əldə etdikləri gəlirlərini mahnıların sahibləri ilə bölüşəcəklər.

Hazırda bu proqram Amerikada test mərhələsindədir. Qarşıdakı il bütün regionlarda aktiv olacağı gözlənilir.

# 15651
avatar

Sevinc Fərid

Oxşar yazılar