Dırnaq yeyən uşaqlarla bağlı nə etməli? - CAVAB
05 yanvar 2023 12:28 (UTC +04:00)

Dırnaq yeyən uşaqlarla bağlı nə etməli? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu uşaqlarda dırnaq yemə halları ilə bağlıdır.

Uşaqlarda dırnaq yemə halları hər zaman valideynlərin narahatlığına səbəb olan hallar arasındadır.

Bunun əsas səbəbi nədir və niyə uşaqlar dırnaq yeyirlər?

Lent.az-ın xəbərinə görə, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib ki, dırnaq yemə vərdişləri uşaqlarda ən çox 3-4 yaşından başlayır və əgər vaxtında müalicə olunmazsa, cinsi yetkinliyə qədər davam edə bilər.

Onun sözlərinə görə, bəzən bu alışqanlıq dırnaq ətini qoparmaq, ayaq dırnaqlarını yemə şəklində də ola bilər:

“Bu narahatlığın altında yatan səbəblər çox vaxt uşağın psixologiyası ilə bağlı problemlər hesab olunur. Bura ailədə ciddi rejimin olması, uşağa qarşı yetərli sevginin göstərilməməsi, diqqət əksikliyi və.s aiddir. Ona görə də ilk öncə səbəbi tapmaq lazımdır. Bu davranışın uşağın sağlamlığı üçün yaxşı olmadığını ona izah etmək və inandırmaq lazımdır. Eyni zamanda, uşaq hər cür neqativ və qorxulu vəziyyətlərdən uzaq tutulmalıdır. Valideynlərə onları istənilən bəhanə ilə tərifləməyi tövsiyə edirik”.

# 3300
avatar

Sevinc Fərid

Oxşar yazılar