Körpələrə nə qədər duz vermək  olar?
17 sentyabr 2024 13:55 (UTC +04:00)

Körpələrə nə qədər duz vermək olar?

İnsan orqanizmində baş verən proseslər üçün natrium xlorid son dərəcə vacibdir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, natrium və xlorid ionları hüceyrələrdə su balansının qorunması, elektrik siqnallarının ötürülməsi (ürəyin işinə təsir göstərir) və digər mühüm fizioloji proseslərdən məsuldur.

Duz çox vacib olduğundan, uşağın pəhrizində olmalıdır. Körpələr bir yaşa çatmazdan əvvəl ehtiyac duyduqları hər şeyi ana südü və ya süd qarışığından alırlar.

Bir qayda olaraq, körpə gündəlik natrium və xlor normasının üçdə birini adi qidasından alır: natrium yumurta, kəsmik, kefir, pomidor, yulaf ezmesi, alma və s., xlor isə mal əti, düyüdə olur. 

Uşaqlar üçün tövsiyə olunan gündəlik duz norması hər 10 kiloqram bədən çəkisi üçün təxminən 0,5 qramdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191
avatar

Arzu Qurbanlı

Oxşar yazılar