Uşağın məktəb proqramının çətin olduğunu  necə anlamaq olar? - 5 əlamət
25 noyabr 2025 13:50 (UTC +04:00)

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? - 5 əlamət

0

Problem çox vaxt şagirdin qabiliyyətində deyil, materialın çox sürətli və ya çətin izah olunmasındadır.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, uşağın məktəb uğuru yalnız onun çalışqanlığından deyil, həm də valideynlərin diqqətindən asılıdır. Çox vaxt aşağı qiymətlər və ya ev tapşırığını etmək istəməmək tənbəllikdən deyil, məktəb proqramının çox sürətli və ya çətin şəkildə təqdim olunmasından xəbər verir. Mütəxəssislərin məlumatına görə, tədrislə bağlı problemlərə işarə edə bilən beş gizli siqnal mövcuddur:

Təhsilə marağın azalması uşaq əvvəllər ev tapşırığını həvəslə edirdisə, indi tapşırıqlardan yayınır. Yorğunluq və əsəbilik diqqətin cəmlənməsi ilə bağlı problemlər, tez-tez gərginlik və narahatlıq. Məktəb mövzusundan qaçmaq dərslər və tapşırıqlar barədə danışmaq istəmir.

Fiziki əlamətlər baş ağrısı, qarın ağrısı, yuxusuzluq. Mütəxəssislər gizli çətinlikləri, o cümlədən yaddaş, informasiya qavrama və motorika problemlərini aşkar etməyə kömək edən neyropsixoloji müayinəni keçməyi tövsiyə edirlər.

Əgər bu siqnallara diqqət yetirilməzsə, uşaq özünə inamını itirə və özünü “kifayət qədər bacarıqlı deyil” kimi qiymətləndirə bilər. Halbuki həqiqi səbəb tədris formasının ona uyğun olmamasıdır.

Müəllimlər çox vaxt bu problemləri görmürlər, çünki dərsdə diqqət daha çox aşkar çətinliklərə yönəlir. Buna görə də valideynlər yalnız qiymətlərə deyil, uşağın əhvalına, davranışına və reaksiyalarına da nəzarət etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar