Uşaq infeksiyaları sidik kisəsi xərçənginə səbəb ola bilər
08 dekabr 2025 13:15 (UTC +04:00)

Uşaq infeksiyaları sidik kisəsi xərçənginə səbəb ola bilər

0

Virus sidik kisəsi toxumalarında DNT zədələnməsinə səbəb ola bilər. Yeni britaniya tədqiqatı göstərir ki, uşaqlıq dövründə geniş yayılmış bəzi xəstəliklər gələcəkdə sidik kisəsi xərçənginə gətirib çıxara bilər. Məlum olub ki, uşaqlıqda geniş yayılmış BK virus infeksiyasına yoluxma, virusun toxumalarda DNT-ni zədələməsinə görə, sonralar sidik kisəsi xərçəngi riskini artıra bilər.

Lent.az xəbər verir ki, alimlər hesab edirlər ki, bu fakt böyrək transplantasiyasından sonra BK virusuna yoluxma riski yüksək olan xəstələrdə gələcəkdə niyə sidik kisəsi xərçənginin daha çox rast gəlindiyini də izah edə bilər. York Universitetində xərçəngin molekulyar inkişafını öyrənən tədqiqatçı və araşdırmanın rəhbəri doktor Saymon Beyker bildirib: “Virusla əlaqəli digər xərçəng növlərində, məsələn, uşaqlıq boynu xərçəngində biz bilirik ki, virus DNT-si bizim öz genetik materialımızla birləşərək şişin böyüməsini stimullaşdırır”. Aparılan tədqiqatlar göstərib ki, sidik kisəsində toxumanın virusla mübarizə üçün verdiyi qoruyucu reaksiya DNT-də sonradan xərçəngə gətirib çıxara biləcək dəyişikliklər yaradır. Yəni mexanizm oxşardır. Yeni məlumat həm sidik kisəsi xərçənginin, həm də BK virusunun səbəb olduğu böyrək zədələnməsinin qarşısını almaq üçün yeni profilaktik strategiyalar tapmağa kömək edəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar