Valideynlər birbaşa olaraq övladlarının xoşbəxtliyinə təsir göstərirlər. Əksər insanlar uşaqlarını “qeyri-ənənəvi” üsullarla tərbiyə edən valideynlərlə qarşılaşıblar lazım olan əşyaları almamaqdan tutmuş uşağın əlinə vurmağa qədər. Bu "güclü uşaq yetişdirmə" üsullarının nə qədər şübhəli olduğunu hər kəs bilir.
Lent.az bu 11 mövzunu təqdim edir:
1. Maliyyə problemləri
Valideynlərin maliyyə stresi ilə yeniyetmələrin problemli davranışı arasında əlaqə var. Mütəxəssislər bildirirlər ki, bu, çox güman ki, valideynlərdə depressiv simptomlar və tərbiyə tərzi ilə bağlıdır. Maliyyə yükündən açıq şəkildə stress yaşayan valideynlər övladlarını narahat edə bilər, bu isə uşaqların davranışına mənfi təsir göstərir.
2. Başqalarının xarici görünüşünün tənqidi
Uşaqlar bu kimi mövzulara çox həssasdır. Hətta bədən çəkisi və fiqurla bağlı “müsbət məsləhətlər” belə həm oğlanlara, həm də qızlara mənfi təsir göstərə bilər bunu da eyni jurnalın araşdırması təsdiqləyir.
3. Partnyorla münasibətlərdə konfliktlər
Hətta kiçik xoşagəlməz situasiyalar belə uşaqlara mənfi təsir edir. 99 uşaq üzərində aparılan araşdırma göstərib ki, valideynlər arasındakı xırda münaqişələr belə uşaqların emosiyaları idarə etmə qabiliyyətinə mənfi təsir göstərir, xüsusən də utancaq uşaqlara.
4. İşlə bağlı stress
İşdə yaşanan məyusluq və ya stres barədə uşaqlara danışmaq lazım deyil çünki onlar bu yükü daşıya biləcək yaşda deyillər. Bu cür söhbətlər uşaqları daha stresə meyilli edir və psixoloji sağlamlıqlarına zərər vurur.
5. Ailə daxili narazılıqlar
“Beynəlxalq sosial və davranış elmləri ensiklopediyası”nda dərc olunmuş araşdırmaya görə, valideynlərin övladlarının fiziki imkanları ilə bağlı dedikləri uşaqların motivasiyasına güclü təsir göstərir. Bu səbəbdən valideynlər ailə daxili narazılıqları uşaqların yanında müzakirə edərkən çox ehtiyatlı olmalıdır. Bu məlumatlar uşaqların davranışını bilmədən dəyişdirə bilər.
6. Uşağı başqaları ilə müqayisə etmək
Valideynlər uşaqları heç vaxt başqa uşaqlarla müqayisə etməməlidir. Bu, onların özünəinamını zəiflədir və özlərini dəyərsiz hiss etmələrinə səbəb olur. Uşağın doğru danışmasının müsbət qarşılanacağını bilməsi onun dürüstlüyünü artırır. 2017-ci il araşdırması da göstərib ki, nəticələrin müsbət olacağına inanan uşaqlar gerçəyi deməyə daha meyilli olur.
7. Başqaları haqqında qeybət etmək
Valideynlər bəzən bilmədən başqaları barədə pis danışırlar. Bu isə uşaqlara yad insanlara qarşı qərəzli yanaşmağı öyrədir, halbuki həmin insanlar sadəcə pis gün keçirə bilər. Bu davranış uşaqlar böyüdükdə dostluqları məhv edə bilər, çünki insanlar onların mühakiməçi münasibətindən uzaqlaşacaq.
8. Mübahisəli mövzular
Valideynlər siyasi mövzuları uşaqların yanında müzakirə etməklə onlara xeyir etdiklərini düşünə bilərlər, amma əslində bunun əksi olur.
Uşaqlar eşitdiklərini məktəbdə təkrarlaya bilər və bu, sinifdə gərginlik yarada bilər.
Travmatik hadisələr böyüklər üçün belə ağırdır, uşaq üçün isə daha çətin. Bu isə stress, emosional yanma və hətta depressiyaya səbəb ola bilər.
9. Keçmiş travmalar
Keçmiş travmalar haqqında söhbətlər dinləyən insana dolayı yolla mənfi təsir edir və emosional gərginlik yaradır. Travma insanların dünyanı təhlükəsiz yer kimi qavramasını sarsıdır.
10. Şəxsi qorxuları bölüşmək
Valideynlərin isti və pozitiv olması uşaqların rifahına birbaşa təsir edir. Valideyn qayğısı, nəzarəti və xüsusilə ata varlığı uşağın özünəinamını artırır. Bunların olmaması isə özünə hörməti azaldır. Buna görə də valideynlər öz şəxsi qorxularını uşaqların yanında dilə gətirməməlidirlər.
11. Valideyn qurbanlığını vurğulamaq
Bir çox insanlar uşaqlıqda valideynlərinin hansı qurbanlara getdiyini eşidiblər. Sonradan isə bunu xatırlayarkən narazılıq və inciklik hissi yarana bilər. Bu cür yanaşma valideyn-uşaq münasibətlərini zədələyir və uşaqlar valideynlərinə açılmaqdan çəkinməyə başlayır.