Azərbaycan Türkiyə ilə birgə İranla sərhəddə TƏLİM KEÇİRİR  - VİDEO
05 dekabr 2022 11:11 (UTC +04:00)

Azərbaycan Türkiyə ilə birgə İranla sərhəddə TƏLİM KEÇİRİR - VİDEO

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iki ölkənin birgə təlimi keçirilir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

# 3441
avatar

Oxşar yazılar

Xalq artistinin dəbdəbəli ad günündən  -VİDEO

Xalq artistinin dəbdəbəli ad günündən -VİDEO

26 yanvar 2023 , 21:37
Sərnişin avtobusu gölə düşdü - HADİSƏ ANI

Sərnişin avtobusu gölə düşdü - HADİSƏ ANI

26 yanvar 2023 , 18:39
Təbrizdə yolları buz bağladı: Soydaşlarımızdan ETİRAZ

Təbrizdə yolları buz bağladı: Soydaşlarımızdan ETİRAZ

26 yanvar 2023 , 12:29
Aygün Kazımovanı dostları belə TƏBRİK ETDİ  - VİDEO

Aygün Kazımovanı dostları belə TƏBRİK ETDİ - VİDEO

26 yanvar 2023 , 10:40
"Cappy"nin içindən çıxan cisim görənləri QORXUTDU  - VİDEO

"Cappy"nin içindən çıxan cisim görənləri QORXUTDU - VİDEO

26 yanvar 2023 , 02:00
Sərxoş sürücü yol polisinin başına görün nə oyun açdı? -  VİDEO

Sərxoş sürücü yol polisinin başına görün nə oyun açdı? - VİDEO

25 yanvar 2023 , 19:09
Çox qaz sərf edirsiniz, amma eviniz isinmir?- CAVAB VİDEODA

Çox qaz sərf edirsiniz, amma eviniz isinmir?- CAVAB VİDEODA

25 yanvar 2023 , 17:57
Aktrisa Tünzalə Əliyevanın adına fond yaradılmasından DANIŞDI  - VİDEO

Aktrisa Tünzalə Əliyevanın adına fond yaradılmasından DANIŞDI - VİDEO

25 yanvar 2023 , 11:06