Bakıda mağazalardan oğurluq edən qadın kameralara düşdü - VİDEO
03 fevral 2023 14:34 (UTC +04:00)

Bakıda mağazalardan oğurluq edən qadın kameralara düşdü - VİDEO

Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 33 yaşlı Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur.

Araşadırmalar davam etdirilir.

# 3636
avatar

Oxşar yazılar