Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
13 fevral 2025 12:50 (UTC +04:00)

Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Dəfələrlə real kadrlara istinad edilərək aparılan təbliğat işlərinə baxmayaraq, təəssüf ki, təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan piyadaların sayı hələ də çoxluq təşkil edir.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, Abşeron və Xəzər rayonlarında qeydə alınan piyadavurma hadisələri deyilənləri bir daha təsdiq edir. Fevralın 12-si saat 7 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində Rəsul Rzalının idarə etdiyi “Hyundai” markalı avtomobil paytaxt sakini Ramil Babayevi vurub. Fevralın 13-ü, saat 04 radələrində isə “Nissan” markalı avtomobillə Mərdəkan yolunda hərəkətdə olan Nurlan Qasımov  paytaxt sakini Günel Şərbətovanı vurub və arxadan gələn “Ford” markalı avtomobil piyadanın üzərindən keçib. Nəqliyyatın intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu qanunla nəzərdə tutulmayan yerdən və heç bir təhlükəsizlik tədbiri görmədən keçməyə çalışan hər iki piyada hadisə yerindəcə həyatlarını itiriblər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının  həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4070

Oxşar yazılar

Bakıda lombarda silahlı BASQIN - HADİSƏ ANI

Bakıda lombarda silahlı BASQIN - HADİSƏ ANI

22 mart 2025 , 12:40
Bu mesajlara aldanmayın,  yazan dostunuz deyil - VİDEO

Bu mesajlara aldanmayın, yazan dostunuz deyil - VİDEO

22 mart 2025 , 11:40
Bakıda YANĞIN:  yaralanan var - VİDEO

Bakıda YANĞIN: yaralanan var - VİDEO

22 mart 2025 , 11:36
Tualet kabinəsindən maşın düzəltdi - VİDEO

Tualet kabinəsindən maşın düzəltdi - VİDEO

19 mart 2025 , 16:24
Ağdam sakini tapdığı avtomatla birgə tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Ağdam sakini tapdığı avtomatla birgə tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

19 mart 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

19 mart 2025 , 10:00
Lənkəranlı “Nənələr” necə məşhur oldu? - VİDEO

Lənkəranlı “Nənələr” necə məşhur oldu? - VİDEO

18 mart 2025 , 17:35
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

18 mart 2025 , 10:00