Pradonun qaçırılma anı
24 may 2021 12:19 (UTC +04:00)

Pradonun qaçırılma anı

Bakıda "Toyota Prado"nu qaçıran GÖRÜN NƏLƏR ETDİ - VİDEO

Bakının Binəqədi rayonunda "Toyota Prado" və moped qaçırılıb.
 
Daxil İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonunda “Toyota Prado” markalı avtomobil oğurlanıb. Naməlum şəxs sürücünün avtomobili işlək vəziyyətdə qoyaraq nəqliyyat vasitəsini tərk etməsindən istifadə edərək maşını qaçırıb. Zərərçəkən vətəndaş ərazi üzrə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edəndən dərhal sonra nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb.

Qısa zamanda görülən tədbir nəticəsində avtomobilin Yasamal rayonu ərazisində hərəkət etdiyi müəyyən edilib. Maşını qaçıran şəxs polis əməkdaşlarına tabe olmayaraq nəqliyyat vasitəsini dayandırmaq istəməsə də, 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində o, saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman avtomobili qaçıran şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Mirzəağa Zərbəliyev olduğu müəyyən edilib. O, ifadəsində nəqliyyat vasitəsini talamaq yox, sürmək məqsədi ilə qaçırdığını bildirib. Mirzağa Zərbəliyevin nəqliyyat vasitəsini qaçırması və idarə etməsi kameralar vasitəsi ilə qeydə alınıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə paytaxt ərazisində yerləşən restoranlardan birində kuryerlik fəaliyyəti ilə məşğul olan bir nəfərin mopedini oğurlayan Xanlar Vəlişov və Seymur Sadıqov tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər qeyd edilən restorandan yaşadıqları evə yemək sifariş ediblər. Kuryer yeməyi mənzilə qaldıran zaman əvvəldən razılaşdırdıqları kimi dəstə üzvü olan Seymur Sadıqov mopedi idarə edərək hadisə yerindən yayınıb. Dəstə üzvləri saxlanılan zaman oğurladıqları moped də onlardan aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onların digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda "Toyota" və moped qaçırıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3855

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09