Bakıda  XÜSUSİ ƏMƏLİYYAT:  silahlılar belə saxlanıldı - VİDEO
18 yanvar 2024 13:25 (UTC +04:00)

Bakıda XÜSUSİ ƏMƏLİYYAT: silahlılar belə saxlanıldı - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən tədbirlərlə ümumilikdə 10 ədəd odlu silah, o cümlədən əməliyyat yolu ilə 3, əhali ilə aparılan profilaktik işlərin nəticəsi olaraq 7 ədəd tüfəng aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Anar Hacıyevdən 1 ədəd “TT” markalı tapança, ona aid sandıqça, əvvəllər məhkum olunmuş Vidadi Məmmədovdan 1 ədəd “Makarov” markalı tapança həmin silaha aid sandıqça, əvvəllər məhkum olunmuş Rüfət İbrahimovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat və sandıqça aşkar olunaraq götürülüb.

Həmçinin, şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 7 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 10 nəfər saxlanılıb və həmin şəxslər barəsində cinayət işləri başlanılıb.

Yanvar ayının əvvəlindən hüquqpozmalara qarşı şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində müxtəlif inzibati qayda pozuntusu törədən ümumilikdə 655 şəxs də müəyyən edilib və həmin şəxslər barəsində inzibati protokollar tərtib olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5298

Oxşar yazılar

“Saçım yandı,  pulum getdi”  – Sosial media reklamlarının qurbanları danışır

“Saçım yandı, pulum getdi” – Sosial media reklamlarının qurbanları danışır

5 avqust 2025 , 10:20
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43