Bu ölkələrdə  SELFİ   çəkmək QADAĞANDIR  -  VİDEO
21 may 2021 18:45 (UTC +04:00)

Bu ölkələrdə SELFİ çəkmək QADAĞANDIR - VİDEO

XXI əsrdə selfi çəkməyi qadağan etmək ilk baxışdan inanılmaz görünür. Amma dünyanın bir çox şəhərlərində insanlar bu qadağaya əməl etmək məcburiyyətindədir. Tabe olmaq istəməyənlərə isə yüksək məbləğdə cərimələr tətbiq edilir.

Lent.az hazırda dünyada selfi çəkməyi qadağan edən ölkələri təqdim edir:

Fransa

İnsanların çimərlikdən tez-tez fotolar paylaşması çoxlarını narahat edir. Fransanın cənubunda yerləşən “Qraupe” çimərliyinin sahibi selfi çəkməyi qadağan edib. Səbəb kimi foto çəkilən zaman digər şəxslərin istirahətinə maneə yaradılması göstərilir. Onlar bu qadağa sayəsində müştərilərinə daha rahat tətil vəd edirlər.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında yerləşən Məkkə şəhərini ziyarət zamanı selfi və foto çəkdirmək olmaz. Qadağa son illər gənclərin sayəsində reallaşıb. Həddindən çox çəkilən selfilər ətrafdakı insanları narahat etməklə yanaşı, həm də ortamın mənəvi hissinə mənfi təsir edirmiş. Qadağaya riayət etməyənlərə yüksək məbləğdə cərimə tətbiq edilir.

İspaniya

Buğa döyüşü zamanı selfi çəkmək ölümlə nəticələnib. Məhz bu səbəbdən qadağa qüvvəyə tətbiq edilib. Əgər, “Mən buğanın qəzəbinə gəlmədən, surətli selfi çəkdirəcəm”, deyirsinizsə, o zaman 3 min avro cərimə ödəməli olacaqsınız.

İngiltərə

Londonda keçirilən seçkilər zamanı bülletenlə birgə selfi çəkmək qadağan edilib. Bu namizədlərin reklamı kimi dəyərləndirilir. Oxşar qadağa Türkiyədə də mövcuddur.

İran

İranlı futbolçular xanım pərəstişkarları ilə selfi çəkdirə bilməz. Buna səbəb isə xanımlarla səmimi görüntünün yaranmasıdır. Yalnız bir halda icazə verilir: foto çəkdirmək istəyən insanla aralarında məsafə və xanımlar qapalı geyimdə olmalıdır.

Hindistan

Tac Mahalın içərisində və həyətində selfi çəkdirmək olmaz. Bu qadağaya əməl etməyən yaponiyalı turistin üzərinə mərmər parçası düşüb və həlak olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4961

Oxşar yazılar

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

29 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

28 aprel 2025 , 10:38