Bu parka istirahətə gələnlər heyvanı ilə girə bilməz -VİDEO
27 may 2025 11:10 (UTC +04:00)

Bu parka istirahətə gələnlər heyvanı ilə girə bilməz -VİDEO

“Yay yaxınlaşdıqca parklar şəhər sakinlərinin əsas istirahət məkanına çevrilib. Bəziləri dostları ilə piknik edir, digərləri kitab oxuyur, ya da sadəcə təmiz havada dincəlir. Bu səhnələr xoş əhval-ruhiyyə yaradır”.

Parklarda sakinlərin rahatlığı və istirahəti üçün yaradılan şəraitin əhəmiyyəti danılmazdır. Bəs mövcud infrastruktur tələbatı tam qarşılayırmı? Bakı sakinləri bəzi məsələlərdən şikayətçidirlər.

Lent.az xəbər verir ki, bu məsələ APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb. TV-nin əməkdaşı bildirir:

- Bəzi nüanslar xüsusi diqqət yetirməlidir. Çünki bir çox park ərazisinə heyvanla giriş qadağandır.

Park ərazisində heyvanlarla gəzintiyə qoyulan qadağa bəzi vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Bəziləri park ərazisində piknik edənləri nəzərə alaraq qaydalara əməl olunmasını vacib saysa da, digərləri bu məhdudiyyəti haqsız hesab edir.

Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934

Oxşar yazılar