Çinin bu məhsullarını almayın -  ÇOX TƏHLÜKƏLİDİR   - VİDEO
19 aprel 2021 18:18 (UTC +04:00)

Çinin bu məhsullarını almayın - ÇOX TƏHLÜKƏLİDİR - VİDEO

Sağlam qidalanmaq, sağlam yaşamaq deməkdir. Amma bəzi ölkələrin məhsulları  insan sağlamlığı üçün təhlükəlidir. Bu ölkələr arasında adı ən çox hallanan Çindir. Çində istehsal olunan və dünyaya idxal edilən bir çox qida bəşəriyyət üçün təhlükəlidir.

Lent.az xarici KİV-ə istinadən Çində istehsal olunan və həyat üçün təhlükəli olan 5 qidanı təqdim edir:

Süni uşaq qidası

Yeni doğulan uşaqlara ana südündən əlavə, bir də süni qida olan toz süd verilir. 2008-ci ildə Çində bu qida ilə bağlı qalmaqal yaranıb. Çin istehsalçıları süni uşaq qidasına “melamine” maddəsi əlavə edirlər. Buna səbəb testlərdə qidanın protein dəyərini yüksək göstərilməsi və məhsulun keyfiyyətli qida kimi təqdim olunmasıdır.

Qida maddəsi olmayan və zəhərli “melamine” plastik qabların hazırlanmasında istifadə olunur. Həddən artıq çox istifadə olunduqda, xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Həmin il Çində süni qidadan 6 körpə vəfat edib, üç yüz min uşaq xəstələnib.

Konserva qidaları

Çində istehsal olunan konservaların qablaşdırılmasında istifadə olunan qutular həyat üçün təhlükəlidir. Ucuz olduğu üçün bu qabların istehsalında qurğuşundan istifadə olunur. 1900-cü illərdə dünyada konserva qablarının istehsalında qurğuşundan istifadə qadağan edilsə də, Çin bu qadağaya məhəl qoymayıb. Ənənvi olaraq bu ölkədə istehsal olunan hər bir məhsulda bu slaqon məşhurdur: “Yetər ki, ucuz olsun, insan sağlamlığı önəmli deyil”.

Sarımsaq

Dünyada ən böyük sarımsaq istehsalçısı Çindir. Bir çox ölkələrə sarımsaq Çindən idxal edilir. Avstraliyalı araşdırmaçı Çində əkilən sarımsaqların suvarılmasında təmizlənməmiş konalizasiya suyundan istifadə olduğunu açıqlayıb. Növbəti “mərhələ” isə sarımsaqların ağ görünməsi üçün  istifadə olunan kimyəvi maddələrdi.

Çupra balığı

Dünyada ən çox istifadə olunan dadlı balıqlardan biri də çupra balığıdır. Bu balığa təlabat çox olduğu üçün süni göllərdə yetişdirilir. Balıq yemlərinin baha olması hər kəsə məlumdur. Çində də süni yetişdirilən balıqlar nə ilə qidalanır? Təəccüblü olsa da, Çində bu balıqlara qida kimi insan nəcisi verilir. Bundan əlavə, xəstələnməsinlər deyə, sularına çoxlu miqdarda antibiotik əlavə edilir.

Duru yağ

Çin mətbəxində qızardılmış yeməklər üstünlük təşkil edir. Keyfiyyətli duru yağ baha olduğu üçün çinlilər bəzi “üsullar”dan istifadə edir. Çinlilər kanalizasiya qalıqlarını müəyyən prosedurlardan keçirəndən sonra yağ halına gətirirlər. Meydana gələn tünd rəngli qarışığın ağardıcı maddələrlə rəngini dəyişirlər. Kazalizasiya qalıqlarından əldə olunan yağ küçə qidalarının hazırlanmasında və restoranlarda bol-bol istifadə olunur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5779

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09