Zərərçəkmiş polisin qolu
28 iyun 2021 17:05 (UTC +04:00)

Zərərçəkmiş polisin qolu

Əməliyyat zamanı polisin qolunu dişlədi - VİDEO

Türkiyənin Adana vilayətində polisin karantinlə bağlı keçirdiyi əməliyyatlar zamanı qəribə olay yaşanıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Seyhan və Yüreğir qəsəbələrində keçirilən əməliyyatlar zamanı pandemiya qaydalarını pozan və qumar oynayan 55 nəfər saxlanılıb. Onlara ümumilikdə isə 383 500 türk lirəsi ( təxminən 74897 manat) cərimə tətbiq olunub.

İaşə obyektlərində qumar pulu olduğu iddia edilən 5200 lirə (təxminən 1015 manat) pul da maddi sübut kimi götürülüb.

İyunun 18-də saat 22 radələrində isə 4 nəfər həmin qumarxanaların birindən götürülən pulları qoruyan polislərə qarşı hücum edib. S.Y adlı bir nəfər pulları mühafizə edən polis zabitinin qolunu dişləyib. Dərhal polisə ilkin tibbi yardım göstərilib.

Saxlanılan 4 nəfər isə şərti qaydada sərbəst buraxılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4083
avatar

Mehman Nəbiyev

Oxşar yazılar