Hər kəsi HEYRƏTLƏNDİRƏN  qurbağa, soxulcan, qolf topu yağışı - VİDEO
01 may 2021 15:49 (UTC +04:00)

Hər kəsi HEYRƏTLƏNDİRƏN qurbağa, soxulcan, qolf topu yağışı - VİDEO

Payız, qış aylarında yağışın yağması normal haldır. Amma buludlardan təkcə su deyil, həm də qurbağa, balıq, qolf topu da yağdığını bilirdiniz?

Lent.az dünyanın müxtəlif şəhərlərində yağan inanılmaz yağışlar haqqında məlumatı təqdim edir:

Hörümçək yağışı 

Təsəvvür edin yolda gedərkən birdən hörümçək yağışına düşürsünüz. Braziliyanın cənubunda yerləşən bir kənddə yaşayan insanlar bu qorxunc anı yaşayıblar. Göydən düşən hörümçəklər ağacların və elektrik dirəklərinin arasında böyük tor salmışdılar. Deyilənə görə, hörümçək yağışı yağmasının səbəbi fırtınadır.

Qan yağışı 

İlk dəfə 2001-ci ildə Hindistanda, daha sonra 2014-cü ildə İspaniyada  qırmız rəngdə yağış yağdı. Kimi bunu lənətlənmiş hal olduğunu, kimisi də havaya buraxılan zərəli maddələrin nəticəsində yarandığını deyir. 


Qurbağa yağışı     

Bir çox dini inanclara görə göydən qurbağa yağması qiyamət əlamətidir. Amma elmə görə bunun səbəbi su vulkanıdır. Fırtına sakitləşəndən sonra buludların içində nə varsa, yerə düşür. Nəticədə qurbağa yağışı yağır. 

Qolf topu

Floridanın qərbində göydən qolf topu yağır. Bunum səbəbi həmin yerdə çoxlu qolf meydanlarının olmasıdır. Belə ki, fırtına zamanı bütün qolf topları toplanaraq, yağış kimi ətrafa səpələndi. 

Balıq yağışı 

Bu qəribə hadisə demək olar ki, hər il dünyanın müxtəlif şəhərlərində baş verir. Sonuncu dəfə 2018 ci ildə Hindistanın şərqində yaşanıldı. Səbəb isə yenə də fırtınadır. Fırtına dənizin üzərindəki bütün balıqları sovurub, buludlara qədər qaldırdı. Nəticədə, fırtına sakitləşəndən sonra, balıqlar buludların arasında yağış kimi yerə yağdı.

 Soxulcan yağışı 

Bu hadisə İsveçdə yaşandı. İnsanlar bir səhər maşınlarının, torpağın və hətta qarın üzərində canlı soxulcan gördülər. Eyni vəziyyət Şotlandiyada da  da müşahidə edildi. Bunun da fırtına nəticəsində olduğu düşünüldü. Amma soxulcanlar torpağın altında yaşayır və burada torpaq qalın qar qatı ilə örtülür.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7958

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09