Türkiyənin Bingöl vilayətinin Kiğı rayonunda təbiətdə qeydə alınan maraqlı görüntülər diqqət çəkib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kadrlarda qartalın ilanı ovlamaq üçün apardığı mübarizə əks olunub.
Görüntülərdən məlum olur ki, qartal və ilan qısa müddət ərzində boğuşub. Daha sonra yırtıcı quş iti caynaqları ilə ilanı tutaraq havaya qalxıb.
Təbiətin vəhşi qanunlarını əks etdirən görüntülərdə qartalın ovunu tam nəzarətə götürdükdən sonra ərazidən uzaqlaşdığı da görünür.
Qeyd edək ki, qartallar ilanlarla qidalanan əsas yırtıcı quş növlərindən hesab olunur və onlar güclü caynaqları sayəsində hətta iri sürünənləri belə asanlıqla ovlaya bilirlər.