Nümunəvi tələbə diplomsuz qaldı:  rəqsə görə - VİDEO
04 iyun 2026 18:28 (UTC +04:00)

Nümunəvi tələbə diplomsuz qaldı: rəqsə görə - VİDEO

0

ABŞ-ın Çikaqo şəhərində keçirilən məzun günü gözlənilməz hadisə ilə gündəmə gəlib. Təhsilini yüksək göstəricilərlə başa vuran Tayvion Kampbell səhnədə etdiyi rəqs səbəbindən mərasimdən uzaqlaşdırılıb və diplomu əlindən alınıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Tayvion Kampbell adı səsləndirildikdən sonra diplomunu almaq üçün səhnəyə çıxıb.

Lakin o, səhnədə qəfil rəqs etməyə başlayıb. Zalda olan tələbələr bu addımı alqışlarla qarşılasalar da, rəhbərlik və müəllimlər hadisəyə mənfi reaksiya veriblər. Buna görə də, tələbəni tədbirdən uzaqlaşdırıblar. Daha sonra ona diplomun təqdim edilməyəcəyi bildirilib.

Hadisə qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu gəncin sevincini ifadə etməsi kimi qiymətləndirsələr də, digərləri təhsil müəssisəsinin qərarını dəstəkləyərək mərasim zamanı daha ciddi davranış nümayiş etdirilməsinin vacib olduğunu vurğulayıblar.

Maraqlıdır ki, Kampbell nümunəvi tələbələrdən biri hesab olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar