Özünü deputat hiss etməyən millət vəkili, zibillə verilən dərs  – “Söz qaytaran”da -VİDEO
13 noyabr 2026 09:43 (UTC +04:00)

Özünü deputat hiss etməyən millət vəkili, zibillə verilən dərs – “Söz qaytaran”da -VİDEO

0

APA TV-nin “Söz qaytaran” verilişi bu dəfə də maraqlı və gündəmdə olan hadisələrlə tamaşaçıların diqqətini çəkib.

Verilişdə yağış yağan kimi gölə çevrilən Bakı küçələri, dayanacaqlarda yaşanan sərnişin sıxlığı və paytaxt sakinlərinin gündəlik problemləri yumorla təqdim olunub.

Diqqətçəkən hadisələrdən biri isə avtomobilini düzgün park etməyən sürücünün qonşuları tərəfindən qeyri-adi şəkildə cəzalandırılması olub. Belə ki, qonşular sürücüyə dərs vermək üçün onun avtomobilinin hər yerindən zibil torbaları asıblar.

Milli Məclisin deputatlarından birinin “Mən özümü deputat hiss eləmirəm” açıqlaması da verilişdə müzakirə olunub. Aparıcılar deputatın bu etirafına özünəməxsus münasibət bildiriblər.

Ermənistanın baş naziri Nikol Paşinyanın banan oğurluğu ilə bağlı gündəmə gələn hadisə də diqqətdən kənarda qalmayıb.

Bundan başqa, uçan avtomobillər üçün hərəkət qaydalarının hazırlanması barədə məlumat da verilişin maraqlı mövzuları sırasında yer alıb.

Bütün bu hadisələr “Söz qaytaran”ın növbəti buraxılışında satirik və yumoristik üslubda tamaşaçılara çatdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 74

Oxşar yazılar