Ağsuda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Ərəbuşağı kəndi ərazisində qeydə alınıb.
Zaman Piriyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 69 yaşlı Mirzağa Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.