Polis dalaşan məktəbliləri TAPDI - VİDEO  - YENİLƏNİB
16 fevral 2022 12:44 (UTC +04:00)

Polis dalaşan məktəbliləri TAPDI - VİDEO - YENİLƏNİB

Bakıda məktəblilər arasında baş verən dava polis tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a açıqlamasında bildirib ki, araşdırmaların nəticəsi olaraq məktəblilər arasında olan davada kriminal tərkib aşkar edilməyib: 

“Araşdırmalara müəyyən olundu ki, orta məktəbin şagirdləri arasında mübahisə olub. Mübahisədə kriminal tərkib aşkar edilməyib. Mübahisə edən şagirdlərlə fərdi profilaktiki söhbət aparılıb, zərərçəkən və şikayətçi yoxdur”.

***

15 fevral, saat 11:04

Bakıda məktəblilər arasında kütləvi dava olub. 

Lent.az-ın məlumatına görə, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

İddialara görə, dava edənlər Bakı şəhərində yerləşən 116 saylı orta məktəbin şagirdləridir.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb.

Həmin videonu təqdim edirik:

# 7554
avatar

Mehman Nəbiyev

Oxşar yazılar