Şəhid və atası eyni gündə  DƏFN OLUNDU   - VİDEO   - YENİLƏNİB
14 sentyabr 2022 13:45 (UTC +04:00)

Şəhid və atası eyni gündə DƏFN OLUNDU - VİDEO - YENİLƏNİB

Xəbərə foto əlavə olunub:

 

***

10:51

Şəhid Vadim Qocayevlə atası Alik Qocayevin cənazəsi bu gün Qobustan rayonuna gətirilərək Qobustan Şəhidlər Xiyabanında birgə dəfn olunub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, əvvəlcə onların yaşadığı evdə cənazə namazı qılınıb, ruhuna dualar oxunub.

Dəfn mərasimində şəhidin yaxınları, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, düşmən təxribatı nəticəsində şəhid olan xüsusi təyinatlı hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirərək dünyasını dəyişib.

Xatırladaq ki, 1997-ci il təvəllüdlü şəhid Vadim Qocayev Qobustanın Sündü kənd sakinidi. Onun bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən Müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı var, bu günlərdə onun ikinci övladı dünyaya gələcək.

***

09:31

Dünən düşmən təxribatı nəticəsində şəhid olan Vadim Qocayev və atası dəfn olunur. 

Lent.az xəbər verir ki, şəhid Vadim Qocayevin nəşi gətirilənədək, atası Alik Qocayev dünyasını dəyişib. 

Məlumata görə, Vahid Qocayevin həyat yoldaşı hamilədir. Şəhidin oğlu dünyaya gələcək. 

Dəfn mərasimindən videogörüntüləri təqdim edirik: 
 

# 9045
avatar

Sevinc Fərid

Oxşar yazılar