Xalq artistinin oğlu mağazadan oğurluq edib? - ANBAAN VİDEO  - YENİLƏNİB
04 iyul 2022 16:21 (UTC +04:00)

Xalq artistinin oğlu mağazadan oğurluq edib? - ANBAAN VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi mərhum Xalq artisti Səyavuş Aslanın oğlunun Bakıda mağazaların birindən eynək oğurlanması ilə bağlı iddialara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, mağaza sahibi baş verən oğurluq barədə polisə müraciət etməyib:

“Videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra obyektin sahibi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə dəvət edilib. Onun izahatı alındıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

***

saat 14:06

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanın mağazanı qarət etməsinə dair video görüntülər yayılıb.

Lent.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.

İddia olunur ki, Xalq artistinin oğlu Çingiz daxil olduğu mağazadan 150 manat dəyərində eynək oğurlayıb.

Onun bu əməli mağazanın təhlükəsizlik kamerasına düşüb. 

Daxili İşlər Nazirliyindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb. 

Həmin görüntüləri təqdim edirik:

Xalq artistinin oğlu mağazadan oğurluq etdi

# 5766
avatar

Mehman Nəbiyev

Oxşar yazılar