Ordenlə təltif olunan Hicran Hüseynova kimdir? - BİOQRAFİYA
12 avqust 2025 14:37 (UTC +04:00)

Ordenlə təltif olunan Hicran Hüseynova kimdir? - BİOQRAFİYA

Xəbər verdiyimiz kimi Hicran Hüseynova Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Lent.az “Bioqrafiya” rubrikasında Hicran Hüseynova haqqında məlumat verir.

- Hicran Hüseynova kimdir?

Hicran Hüseynova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Böyük Britaniya, Çin, Fransa, İtaliya, Koreya, Küveyt, Rusiya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Həmçinin o, siyasi elmlər doktoru, tarix üzrə fəlsəfə doktoru, professordur. 20-dən çox monoqrafiya, dərslik və elmi məqalənin müəllifidir.

- Hican Hüseynova nə zaman harada anadan olub?

Hican Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub.

- Hican Hüseynova hansı universitetdə, hansı ixtisas üzrə təhsil alıb?

Hican Hüseynova Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. O, həmçinin siyasi elmlər doktoru, tarix üzrə fəlsəfə doktoru, professordur. 

- Hicran Hüseynova iş fəaliyyətinə nə zamandan başlayıb?

Hicran Hüseynova 1977–1988-ci illərdə Bakı şəhəri 189 saylı orta məktəbin müəllimi, 1988– 1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi, baş müəllimi, 1993– 2006-cı illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dosenti, professoru, dekan müavini, 2000–2006-cı illərdə Bakı Dövlət Universiteti Elmi Şurasının sədri olub. O, 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının üzvüdür. 2006-cı ildən Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya kafedrasının müdiridir. 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, 2006–2020-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.

- Hicran Hüseynovanın hansı mükafatları var?

Hican Hüseynova 12 avqust 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova “Şöhrət” ordeni ilə,12 avqust 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

- Hicran Hüseynova seçkilərdə nə qədər səs toplayıb?

Hicran Hüseynova 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova, 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi.  2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri oldu. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə azad edildi.

-Hicran Hüseynovanın ailəsi barədə nə bilirik? 

Hicran Hüseynova ailəlidir, 2 övladı var. Onun atası  Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olan Kamran Hüseynovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868

Oxşar yazılar