Kıvanç Tatlıtuğ  necə kəşf edildi?   Əsl peşəsindən şoka düşəcəksiniz... - BİOQRAFİYA
17 iyul 2025 20:15 (UTC +04:00)

Kıvanç Tatlıtuğ necə kəşf edildi? Əsl peşəsindən şoka düşəcəksiniz... - BİOQRAFİYA

Türkiyə televiziya ekranlarında sərgilədiyi uğurlu aktyorluğu ilə önəmli yerə sahib olan Kıvanç Tatlıtuğun necə məşhur olduğunu bilirdinizmi?

Yaraşıqlılığı ilə könüllərdə taxt quran uğurlu aktyor Tatlıtuğ, aktyorluq karyerasına başlamazdan əvvəl əslində tamamilə fərqli bir peşə ilə məşğul olub!

Lent.az xarici mediaya istinadən Kıvanç Tatlıtuğun həyat yolunu təqdim edir.

Adanada doğulub, idmana maraq göstərib

Kıvanç Tatlıtuğ ekranlara qayıdır » Azxeber.com

1983-cü il oktyabrın 27-də Adanada anadan olan Kıvanç Tatlıtuğ, edirnəli ana və Boşnak əsilli adanalı atanın övladıdır. Beş uşaqdan biri olan Tatlıtuğ, orta təhsilini Adanada Yenice Özəl Çağ Liseyində başa vurub.

Atası Erdem Tatlıtuğ qənnadı məmulatları mağazası işlədib. Onun keçirdiyi ciddi ürək əməliyyatından sonra ailə 1997-ci ildə İstanbula köçüb.

Basketbola olan ehtirası

Model və aktyor olmamışdan əvvəl, həyatının böyük bir hissəsini basketbol ilə keçirən Tatlıtuğ, Adanada yaşadığı dövrdə bir çox basketbol klubunda fəal şəkildə oynayıb.

Basketbol oynadığı dövrlərdə "Ülkerspor"dan təklif alaraq 2 il bu klubda çıxış edib. Ardınca 1 il "Beşiktaş", daha sonra 1 il "Fənərbaxça" komandalarında oynayıb. Sonda yenidən "Beşiktaş"a qayıdaraq karyerasını burada davam etdirməyi planlaşdırıb.

Kıvanç Tatlıtuğ - Filmography, Age, Biography & More - Mabumbe

Məşhurluğa aparan yol...

Ancaq yaşadığı zədə səbəbilə basketbol karyerası yarımçıq qalıb. Elə bu vaxt anası bir market vitrinində model axtarışı ilə bağlı elan görüb.

Anası oğlunun bir fotosunu model agentliyinə göndərib və beləcə Kıvanç Tatlıtuğun model karyerası başlayıb. Peşəyə maraq göstərən Tatlıtuğ, daha sonra bir çox təkliflər alaraq peşəkar model kimi fəaliyyətə başlayıb.

Gözəllik yarışmasında birinci olub

İki il agentliklərlə işlədikdən sonra 2002-ci ildə keçirilən Best Model of Turkey yarışmasına qatılıb və qalib olub.

Aktyorluq marağı uşaqlıqdan var imiş

Kıvanç Tatlıtuğ, Vogue Dergisi'ne Yeni Pozlar Verdi - Batman Haberleri

Kıvanç Tatlıtuğ uşaqlıqdan kinoya və televiziyaya maraqlı olub. Gələn serial təkliflərini dəyərləndirmək üçün aktyorluq dərsləri almağa başlayıb və model karyerası ilə yanaşı aktyorluğa da addım atıb.

Bugünkü uğurları

Bu günlərdə uğurlu aktyorluğu ilə Türk televiziya sektorunda önəmli yerə sahib olan Kıvanç Tatlıtuğ, həm xoşbəxt ailə həyatı, həm də xüsusi həyatı ilə tez-tez gündəmə gəlməyə davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar