Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri TUTULDU
12 avqust 2025 11:09 (UTC +04:00)

Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri TUTULDU

Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub.

Lent.az xəbər verir ki, Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedeci məlumatlar yayacağı hədəsi pul tələb edən “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bu şəxslərin əməllərindən zərərçəkənlər polisə məlumat verə bilərlər.

Məlumatı DİN Mətbuat Xidmətindən Lent.az-a təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar