İbrahim Tatlısəsin  ilk peşəsini   bilirdinizmi? İmperator olana qədər o, elə yollardan  keçib ki... - BİOQRAFİYA
22 iyul 2025 17:06 (UTC +04:00)

İbrahim Tatlısəsin ilk peşəsini bilirdinizmi? İmperator olana qədər o, elə yollardan keçib ki... - BİOQRAFİYA

İbrahim Tatlısəs – Türkiyənin ən sevilən və hörmət edilən sənətçilərindən biri kimi tanınır. Lakin onun uğurlarla dolu sənət həyatının arxasında çətin bir həyat mübarizəsi və ağır zəhmət dayanır. Bu gün milyonlarla insanın qəlbində taxt quran Tatlısəs, məşhur olmadan öncə dolanışığını təmin etmək üçün elə bir peşə ilə məşğul olub ki, bunu eşidənlər təəccüblənirlər! 

Lent.az İbrahim Tatlısəsin keçdiyi çətin həyat yolunu təqdim edir.

İbrahim Tatlıses’in ilk mesleğini biliyor musunuz? İmparator olmadan önce öyle yollardan geçmiş ki...

1952-ci ildə Şanlıurfa şəhərində dünyaya gələn İbrahim Tatlısəsin həyatı doğulduğu andan etibarən çətinliklərlə dolu olub. Atası həbsdə olan Tatlısəs, uşaqlıq illərində heç vaxt məktəbə gedə bilməyib. Bu vəziyyətlə bağlı o, zarafatla belə deyib: “Urfada elə bil Oksford vardı da biz getmədik?”

Uuşaq yaşlarından işləməyə başlayıb

Oxuma-yazma bilməməsinə baxmayaraq həyata tutunmaq üçün işləmək məcburiyyətində qalan Tatlısəs, daha uşaq yaşlarında müxtəlif işlərdə çalışıb. Su satıcılığı edib, kinoteatrlarda “Haydı buz kimi su!” deyə qışqıraraq insanlara su satmağa çalışıb. Bu dövrdə qarşılaşdığı çətinliklər və haqsızlıqlar onun həyat istiqamətini müəyyənləşdirib.

Tatlısəsin öz sözləri ilə, bir gün su satdığı zaman sinemada oturan bir kişinin ona sillə vurması onun həyatında dönüş nöqtələrindən biri olub:

“Bir gün kresloda oturan bir adam qəfildən qalxdı. "Sus, eşşək, səni mi dinləyəcəyik?!" deyə üzümə dörd sillə vurdu. Və o sillələr məni bu günə gətirdi”.

Bu yaşananlar onun mübarizə əzmini və xarakterinin formalaşmasında böyük rol oynayıb.

İbrahim Tatlıses’in ilk mesleğini biliyor musunuz? İmparator olmadan önce öyle yollardan geçmiş ki...

İlk peşəsi nə olub?

Gənclik illərində o, tikintilərdə dəmirçi çalışıb. Çətin və ağır iş şəraitinə baxmayaraq, Tatlısəs heç zaman işləməkdən vaz keçməyib. Tikintidə çalışarkən türkü oxumağı da unutmayan Tatlısəsin səsi və istedadı məhz orada kəşf olunub. Onun bu qabiliyyəti Adanadan olan bir kinofilm istehsalçısı tərəfindən fərq edilib. Bu kəşf onun həyatını dəyişdirən dönüş nöqtəsi olub.

İbrahim Tatlısəs əvvəlcə Adanadakı müxtəlif məkanlarda səhnəyə çıxmağa başlayıb. Daha sonra Ankaraya gedərək burada kazino və pavyonlarda səhnə təcrübəsi qazanıb.

İbrahim Tatlıses’in ilk mesleğini biliyor musunuz? İmparator olmadan önce öyle yollardan geçmiş ki...

1974-cü ildə oxuduğu “Ayağında Kundura” türküsü ilə geniş kütlə tərəfindən tanınmağa başlayıb. Bu uğur onun radio və televiziya proqramlarına çıxmasına səbəb olub və sənət karyerası sürətlə inkişaf edib.

1970-ci illərin ortalarında isə İstanbulda fəaliyyətini davam etdirərək musiqi və əyləncə dünyasında önəmli əlaqələr qurub. Bu dövrdə ona “Tatlısəs” soyadını verən musiqiçi Yılmaz Tatlısəs ilə tanış olub. Bütün bu mərhələlər İbrahim Tatlısəsin çətinliklərlə dolu həyat yolunun bir hissəsi olub.

İbrahim Tatlıses’in ilk mesleğini biliyor musunuz? İmparator olmadan önce öyle yollardan geçmiş ki...

İbrahim Tatlısəsin məşhur olmadan əvvəlki həyatı, intizam, səbir və zəhmətlə doludur. Məktəbə getmədən, ağır işlərdə çalışaraq və həyatın qarşısına çıxardığı bütün çətinliklərə baxmayaraq yolundan dönməyən Tatlısəs, uğuru haqq edib və bu gün Türkiyənin ən önəmli sənətçilərindən birinə çevrilib.

Onun hekayəsi, bir çox insana ilham verən, əzmkarlıq və zəhmətlə həyatda nələrin mümkün olduğunu göstərən canlı nümunədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar