52 illik evlilikdən sonra: Qadın öldü, 45 dəqiqə sonra ərinin  ürəyi dayandı
26 yanvar 2023 02:22 (UTC +04:00)

52 illik evlilikdən sonra: Qadın öldü, 45 dəqiqə sonra ərinin ürəyi dayandı

İspaniyada ərlə arvad 52 illik evlilikdən sonra bir saatdan az fərqlə ölüblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kandida Kuervo Qonsales və Xosé Antonio Qarcíya Lyana 1970-ci ildə Oviedodakı (Asturiya muxtar icması) kilsədə evləniblər.

Yanvarın 22-də onlar 45 dəqiqə fərqlə ölüblər. 89 yaşlı qadın qocalar evində dünyasını dəyişib, qısa müddət sonra 86 yaşlı ərinin yanvarın 20-dən bəri olduğu Asturiyadakı xəstəxanada ürəyi dayanıb.

Gələcək ər və arvad Asturiyadan 18 kilometr məsafədə yerləşən iki qəsəbədə anadan olublar. Kişi mexanik, o isə evdar qadın idi. Toydan sonra cütlük çox sevdikləri Ovyedoda məskunlaşıb. Cütlüyün uşaqları olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3579
avatar

Oxşar yazılar